ПРОФИЛАКТИКА ЛАГОФТАЛЬМА И СПОСОБ УСИЛЕНИЯ СМЫКАТЕЛЬНОЙ ФУНКЦИИ ВЕРХНЕГО ВЕКА ПРИ ХИРУРГИЧЕСКОЙ КОРРЕКЦИИ БЛЕФАРОПТОЗА
Litsenziya: cc-by
Annotatsiya
Məqalədə üst göz qapağının qapanma funksiyasının pozulmasının və blefaroptozun cərrahi korreksiyasından sonrakı dövrdə laqoftalmın inkişafının səbəbləri müzakirə edilir. Tədqiqatın məqsədi blefaroptozun cərrahi korreksiyası zamanı müalicənin nəticələrinə təsir göstərən faktorların aşkar edilməsi və bunun əsasında laqoftalmın inkişafını maksimal dərəcədə almaq, həmçinin üst göz qapağının qapanma funksiyasını saxlamaq üçün üsul hazırlamaq olmuşdur. Bu məqsədlə 2015-ci-2023-cü illər ərzində cəmi 131 gözdə operasiya aparılmışdır. Pasiyentlərin 98,5%-də üst göz qapağının qapanma funksiyasının tam saxlanılmasına nail olunmuşdur. 2 pasiyentdə (1,5%) 2 mm enində qalıcı laqoftalın yaransa da, bu, xəstəyə narahatlıq törətməmişdir. Beləliklə, müəllifin təklif etdiyi üsul blefaroptozun cərrahi korreksiyasına məruz qalmış xəstələrdə göz qapağının qapanma funksiyasının saxlanması üçün tam effektiv cərrahi müdaxilə növü olduğunu göstərmişdir və bu üsul praktikada tətbiq üçün tövsiyə edilə bilər.
Hali tarjima qilinmagan